III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibi dəyişib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri isə sədr müavini təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Təşkilat Komitəsinin sədri vəzifəsini gənclər və idman naziri icra edirdi.