Şimal bölgəsi rayonlarında səhər saat 8-dən başlayan bələdiyyə seçkiləri davam edir.
59 saylı Quba dairəsinin Xınaçıq kəndindəki 13 saylı məntəqəsində də səhər saatlarından fəallıq müşahidə olunur. Xınalıqlılar yaşayış məntəqəsinin ətraf kəndlərinin əhalisini narahat edən problemlərin həllinə çalışacaq yerli idarəetmə orqanı üzvlərini seçmək üçün məntəqəyə gəlməkdədir.
59 saylı Quba dairə Seçki komissiyasının sədri Mübariz Abasov Bizim.Media-ya bildirib ki, dairə üzrə 68 məntəqədə 257 nəfər namizəd 11 bələdiyyə üzvlüyü uğrunda mübarizə aparır. Səhər saat 10-a olan məlumata görə, seçicilərin 8,5 faizi səsvermədə iştirak edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosi