AZ

Nazir və Agentlik sədrindən taksilərlə bağlı VACİB AÇIQLAMA: 32 faiz azalıb

Avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb.

KONKRET.az xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.

“Taksi daşımalarında isə 32 faizlik enmə baş vermişdir. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilmişdir. Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir”, – deyə o, əlavə edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə bildirib ki, islahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin orta yaşı isə 15-dən 8-ə endirilib:

“Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalmışdır, təxminən 32 faiz. Avtomobil yönümlü şəhərlərin insan yönümlü şəhərlərə keçidi məqsədilə atılan digər mühüm addım parklar və yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xaqani bağının ərazisi yan yollar hesabına genişləndirilmiş, metronun “28 May” stansiyası ətrafında isə park konseptli hab yaradılmışdır. İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılmışdır”.

Seçilən
8
4
konkret.az

8Mənbələr