Cənubi Koreyanın “Air Busan” aviasiya şirkətinin Busan şəhərindəki beynəlxalq hava limanında yanan təyyarəsinin 169 sərnişini və 7 heyət üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
“Bakuinfo” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Bildirilib ki, Busandan Honkonqa uçmalı olan təyyarənin quyruğu alovlanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. Təxliyə zamanı 3 nəfər yüngül xəsarət alıb. Yanğın bütün təyyarəyə yayılsa da, nəzarət altına alınıb.
Qeyd edək ki, bu, son bir ayda Cənubi Koreyada təyyarələrlə bağlı 2-ci hadisədir. Dekabrın 29-da “Jeju Air” aviaşirkətinin sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi zaman uçuş zolağından çıxaraq beton hasara çırpılması nəticədə təyyarə yanmış, nəticədə 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirmişdi.