AZ

Bəzi yerlərdə duman müşahidə olunub - FAKTİKİ HAVA 

Milli Hidrometeorologiya Xidməti yanvarın 29-u saat 11:00-a olan faktiki havanı açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Gəncə, Şəmkir, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Sabirabad, Cəfərxan, Biləsuvar, Ağdam, Sumqayıt, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-800 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Seçilən
64
50
yenisabah.az

10Mənbələr