Rusiyada bir qadın şam yeməyini hazırlayarkən dərisinin 60%-ni yandırıb.
News24.az medianews.az-a istinadən xəbər verir ki, alov əvvəlcə paltarın qolunu, sonra isə bütün paltarı yandırıb.
Zərərçəkmiş ağır vəziyyətdə institutun yanıq mərkəzinə yerləşdirilib. Bədən səthinin 60%-i zədələnib, yanıqların 30%-i dərin olub.
Xəstənin həyatını müxtəlif ixtisaslar üzrə həkimlər xilas ediblər.
Dərinin bərpası üçün 10 əməliyyat aparılıb.
Qadın sağ qalaraq tam həyata qayıdıb.