AZ

Mask ABŞ-yə gündə 1 milyard dollar qənaət etdirir

İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyinin Artırılması Nazirliyi (DOGE) ABŞ federal hökumətinə gündə təxminən 1 milyard dollar qənaət etdiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, qurumun bəyanatına görə, bu qənaət əsasən lazımsız iş yerlərinin bağlanması, DEI (müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarının) ləğvi və xarici təşkilatlara əsassız ödənişlərin dayandırılması hesabına mümkün olub. Bütün bu tədbirlər prezidentin icra əmrlərinə uyğun həyata keçirilib.

"Bu, əla başlanğıcdır, lakin bu rəqəmi gündə 3 milyard dollardan çox artırmaq lazımdır", – deyə qurumun açıqlamasında vurğulanıb.


Telegram kanalımız
Seçilən
5
5
yenisabah.az

9Mənbələr