AZ

Cənub Qaz Dəhlizi layihəsi üzrə ilk dəfə ARDNF-a vəsait ödəniləcək

2025-ci ildə Cənub Qaz Dəhlizi layihəsi üzrə 233,1 mln ABŞ dolları və ya 396,2 mln manat vəsaitin Dövlət Neft Fonduna ödənilməsi proqnozlaşdırılıb.

Teleqraf.com Hesablama Palatasına istinadən xəbər verir ki,Fondun büdcəsinin gəlirlər hissəsində ilk dəfə olaraq Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmləri üzrə ödəniləcək dvidendlərin məbləği yer alıb.

STAR layihəsi üzrə isə dividend ödənişlərinin 2026-cı ildən etibarən icra edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.


Müəllif: Teleqraf.com
Seçilən
3
14
teleqraf.com

10Mənbələr