AZ

Tramp hədələyir, Çin sakitcə işini görür: Trilyonlarla dollar "buxarlandı"

"Müxtəlif ölkələr qarşıdurmalar içərisində olarkən, Ağ Evin yeni sahibi Donald Tramp hədələmə siyasətinə üstünlük verərkən, Çin sakitcə işini görür. Bu ölkənin texnoloji imkanları genişlənməkdə davam edir. Çin süni intellekt yarışında inqilabi sıçrayış edib".

"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 Politoloq bildirib ki, Çinin “DeepSeek” süni intellekt startapına görə ABŞ-nin texnoloji şirkətləri trilyonlarla dollar itiriblər:

"Çinli startapın "Google" və "OpenAI" kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başlayıb. Son model ən çox yüklənən süni intellekt proqramına çevrilib. Çin bununla sübut edib ki, böyük xərc qoymadan süni intellekti inkişaf etdirmək mümkündür. Halbuki, aparıcı ABŞ şirkətləri süni intellektin formalaşmasına yüz milyonlarla dollar xərcləyirlər. Aydındır ki, istifadəçilər daha ucuz modellərə maraq göstərəcəklər. Belə olan halda isə ABŞ-nin texnoloji şirkətlərinin səhmləri ucuzlaşacaq".

Seçilən
5
8
cebheinfo.az

10Mənbələr