Yaponiyada hakimiyyət orqanları bir milyondan çox sakini magistralın çökməsindən sonra kanalizasiyadan istifadə etməməyə çağırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.
Bildirilir ki, Yaponiyada hər il kanalizasiya borularının qırılması səbəbindən 2600-dən çox yolun çökməsi baş verir və buna görə də təmir və idarəetmə problemə çevrilir.
Artıq məsələ ilə bağlı hökümət orqanları 12 bələdiyyənin sakinlərinə müraciət edib.
Qeyd edək ki, ötən gün Yaponiyanın Saitama prefekturasında yol çöküb. Diametri 5 metr, dərinliyi 10 metr olan çuxur əmələ gəlib. Hadisədən sonra yük maşını çuxura düşüb.
Namiq Musayev