AZ

Tramp PKK-nı meydanda tək qoydu

İsrail dövlət televiziyasında yayılan xəbərlərə görə, Prezident Donlad Tramp ABŞ qoşunlarını Suriyadan çıxaracağı barədə Tel-Əvivə məlumat verib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrailin “KAN” dövlət televiziyası məlumat yayıb. Adıçəkilən telekanal Ağ Evdəki rəsmi mənbələrə istinadən Suriyadakı ABŞ əsgərlərinin vəziyyəti ilə bağlı Tel-Əvivə məlumatın çatdırıldığını qeyd edir. Prezident Trampın ABŞ əsgərlərini Suriyadan çıxarmaq niyyətinin İsrail rəhbərliyinə çatdırıldığı bildirilir. ABŞ Prezidentinin qoşunlarını Suriyadan çıxarması ehtimalı İsraildə narahatlıq və təşviş yaradıb.

Xəbərdə ABŞ əsgərlərinin çıxarılmasının Suriyadakı terror təşkilatı PKK/YPG-yə də təsir edəcəyi də bildirilir. İsrail hökuməti “KAN”-ın yaydığı xəbərlə bağlı hələlik açıqlama verməyib. 

Seçilən
2
9
cebheinfo.az

10Mənbələr