Xudat şəhərində 1979-cu il təvəllüdlü Kənan evlənmək məqsədilə yetkinlik yaşına çatmayan Kəmaləni (adlar şərti verilib - red.) oğurlayaraq ona təcavüz edib.
Referans.az teleqraf.com-a istinadən xəbər verir ki, Kənan sosial şəbəkə hesab olunan "Snapchat" mobil tətbiqi vasitəsilə tanış olduğu 2010-cu ildə anadan olmuş Kəmaləyə ailə quracağıyla bağlı yalan vədlər verib.
18 may 2023-cü ildə Kəmaləni aldadaraq yaşadığı Tovuz rayonunun kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığından oğurlayıb və Xudat şəhərindəki evinə gətirib.
Kənan qızı dörd gün həmin ünvanda saxlayıb. Mayın 19-da saat 02:30-da, mayın 21-də saat 23:00-da zorakılıq göstərib, təbii yolla onunla cinsi əlaqədə olub.
Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 144.3 (bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 149.3.3-cü (zorlama - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 16 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan Kənan apellyasiya şikayəti verib. O, əməlini 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilməsini, ona həmin maddə üzrə cəza təyin olunmasını xahiş edib.
Kənanın şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb, şikayət təmin edilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta