BMT Dünya Turizm Təşkilatı Afrikadakı ilk ofisini Mərakeşdə açacaq.
AZXEBER.COM xarici mediaya istinadən xəbər berir ki, Mərakeşin turizm naziri Fatma Zehra Ammur və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili Mərakeşdə görüşüblər.
Görüşdə, Zehra Ammur və UNWTO baş katibi Zurab Pololikaşvili Afrikada ilk turizm ofisinin Mərakeşin paytaxtı Rabatda qurulması üçün müqavilə imzalayıb.
Açılacaq ofisin bütün Afrika ölkələrində turizm sektorunu canlandırmaq misiyası daşıyacağı qeyd edilib.
Cəmalə