AZ

İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası üçün təlim keçirilib

İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası üzvlərinə İBİS Bakı mehmanxanasında 29 -30 oktyabr 2024-cü tarixlərində “İnsan alveri qurbanlarının aşkarlanması və onlara dəstək xidmətləri göstərilməsi” və “İnsan alverinə qarşı mübarizədə rəqəmsal təbliğat bacarıqları” mövzulaırnda təlim keçirilib. Hər təlimdə DİN İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin əməkdaşları və 25 fəal QHT nümayəndəsi iştirak edib.

Təlim “Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “İnsan alverinə qarşı mübarizə sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilib. Sözügedən layihənin məqsədi insan alverinə qarşı mübarizə sahəsində QHT-lərin rolunun gücləndirilməsinə yardım göstərməkdir.

“İnsan alveri qurbanlarının aşkarlanması və onlara dəstək xidmətləri göstərilməsi” mövzusunda təlimi Mehriban xanım Zeynalova ( “Təmiz Dünya” Qadınlara Yardım İB sədri), “İnsan alverinə qarşı mübarizədə rəqəmsal təbliğat bacarıqları” təlimini isə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə aparıb.

“İnsan alveri qurbanlarının aşkarlanması və onlara dəstək xidmətləri göstərilməsi” mövzusunda keçirilən təlimdə qurbanların aşkarlanması və QHT-lərin mümkün fəaliyyəti, iİnsan alverindən zərər çəkmiş, yaxud zərər çəkməsi ehtimal olunan şəxslər, aşakarlanma üsulları, identifikasiya, qurbanlara mümkün dəstək üsulları, qurbanlarla münaisbətdə öhdəliklər, qurbanlarla kommunikasiya məsələləri ilə əlaqədar biliklərini artırıblar və bacarıqlarını inkişaf etdiriblər.

“İnsan alverinə qarşı mübarizədə rəqəmsal təbliğat bacarıqları” mövzusunda təlim isə rəqəmsal ictimai vəkillik, rəqəmsal təbliğatın əsas üstünlükləri, iİnsan alverinə qarşı uğurlu rəqəmsal kampaniyaları, güclü hekayələr üçün infoqrafika, video və multimediadan istifadə məsələləri əhatə edilib.

Seçilən
2
qht.az

1Mənbələr