Qalib Arifin “Maraqlı qeydlər” silsiləsindən.
1.Rus mənbələrində bu gün də Napoleon Bonapartın Rusiyada məğlub olması və qaçması haqqında, yumşaq desək, həqiqətə uyğun olmayan məlumatlar verilir. Guya Napoleon ordusunu soyuq rus qışı məğlub edib, guya qəhrəman rus kəndlisi balta və oraqla Napoleona qalib gəlib və s. Bəs əslində nə baş verib?!
Məlum olduğu kimi, Napoleon Bonapart Rusiyaya 1812-ci ildə qoşun yeridib. Başı pozuq kəndlilərdən və yadelli generallardan ibarət rus qoşunları Avropanın qalib ordusuna müqavimət göstərə bilməyib və Naroleon bir aya Moskvanı işğal edib. Rus Ordusunun komandanı Kutuzov da generalları ilə birlikdə qaçıb və Moskvadan 200 km məsafədə olan indiki Vladimir şəhərində dayanıb.
Napoleon işğal etdiyi bütün şəhərləri 3-4 günlük əsgərlərin öhdəsinə verirdi. Qalib əsgərlər məğlub şəhəri qarət edirdilər, müqavimət göstərən kişilərin hamısını qırırdılar, özləri təslim olmayan qadınları zorlayırdılar. Amma əsgərlər qarət etdikləri sərvətin yarısını Napoleonun xəzinəsinə verməli idilər. Zabitlər bu prosesə sərt nəzarət edirdilər və öz paylarını götürürdülər. XIX əsrin əvvəllərində çiçəklənməyə başlayan Moskva şəhəri də bir həftə bu cür qarət olunur. Bu zaman Napoleon Fransadan dövlət çevrilişi hazırlanması barədə məlumat alır...
Napolen Moskvanı yandırır və təcili Parisə qayıdır. Deyilənə görə, ərşə dirənən Moskva tüstüləri yüz kilometrə qədər ətrafa yayılırmış, hətta Vladimir şəhərinə gedib çatırmış. Yalnız bundan sonra Kutuzov alman generallarını yanına alır və qalib komandan kimi Moskvaya qayıdır. Və Napoleonun məğlub olması, Rusiyadan qaçması barədə əsassız və sonsuz yalanlar yayılır. Amma maraqlı bir sual cavabsız qalır: Napoleon nə etməli idi, bu günə kimi Moskvada mavzoleydə qalmalı idi?! Bütün fatehlər kimi - gəldi, işğal və talan etdi, getdi...
2.Böyük Amerika yazıçısı Mark Tvenin “Sadəlövhlər sərhəd xaricində” ("Prostaki za qranisey",1869) əsəri var, dünya səyahətinə həsr olunub. Burda yazıçı özünəməxsus yumoristik dillə dünya ölkələrini təsvir edir və müxtəlif xalqların, insanların çatışmayam cəhətlərinə, qeyri-adi hərəkətlərinə gülür. Əsərdə İtaliya, Rusiya və Türkiyə xüsusilə tənqid atəşinə tutulur, italyanlarən dələduzluqları, rusların axmaqlıqları, türklərin avamlıqları məsxərəyə qoyulur. Deməli, əsərin rus dilinə tərcüməsində Rusiya haqqında hissə tamamilə çıxarılıb…
Tərcümədə çıxarılan hissədən yalnız bir məqamı oxucuların diqqətinə çatdırmaq istəyirəm. Deməli, Mark Tven Türkiyə – Rusiya sərhəddini keçərkən rus jandarmı onun sənədlərini nəzərdən keçirir. Yazıçı ilə yoxlayıcı arasında belə bir dialoq gedir:
-Adınız, familiyanız?
-Semyuel Klemens…
Nə işlə məşğul olursuz?
-Mən yazıram, mən Amerika yazıçısı Mark Tvenəm…
-Nə olsun ki, mən də yazıram, mən də İvanovam. Sizdən soruşuram ki, çörəyiniz nədən çıxır?!
Bütün dünyada tanınan yazıçı təəccüblənir:
-Qələmdən çıxır, axı, mən dedim ki, yazıçıyam.
-Yaxşı, yazıram ki, adı Semyuel Klemens, ləqəbi Mark Tvendir, Amerikada qələm alverçisidir…
3.Məşhur siyasətçi, uzun müddət İngiltərənin Baş naziri olmuş Uinston Çörçilin "İkinci Dünya müharibəsi" adlı bir neçə cilddən ibarət böyük əsəri var, Nobel mükafatına layiq görülüb. Məlum olduğu kimi, U.Çörçilin SSRİ-yə, onun rəhbəri İ.Stalinə dərin nifrəti olub və bunu heç vaxt gizlətməyib. Amma onun Nobel mükafatı almış əsərinin rus dilinə tərcüməsində müəyyən ixtisarlar edilib və Çörçilin özünə, qələminə xas olmayan əlavələr edilib. Aşağıda onların birini oxucuların mühakiməsinə verirəm…
“«Stalin bizi 1943-cü ilin bir payız gecəsi saat 3-də qəbul etdi. Bizim hərbçilərdən biri müttəfiqlərin planını ona rus dilində məruzə etdi. Mən hələ Londonda olanda hərbi mütəxəssislər planda 3 qüsur olduğunu demişdilər. Stalin məruzəçini diqqətlə dinlədi, öz çıxışında qüsurları, hətta onların aradan qaldırılması yollarını göstərdi. Mən xüsusi hərbi təhsili olmayan bir liderin, nə qədər böyük olsa da, hərbi plandan bu qədər yaxşı baş çıxarmasına heyrət etdim…»
İndi görün, ruslar Ukrayna müharibəsi, Azərbaycan təyyarəsi haqqında hansı yalanları danışırlar... Bəli, utanmasan, oynamağa nə var ki?!
Qalib ARİF
visiontv.az