AZ

Meksika ABŞ-dan deportasiya ediləcək immiqrantları şərti olaraq qəbul edəcək

Meksika ABŞ-dan deportasiya ediləcək qeyri-qanuni immiqrantları qəbul edəcəklərini açıqlayıb, lakin onlar təhlükəsiz üçüncü ölkə olmaq istəmirlər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-dan deportasiya ediləcəyi gözlənilən minlərlə qeyri-qanuni immiqrantın vəziyyəti ilə bağlı açıqlamalar verib.

ABŞ-dan deportasiya edilən mühacirlərlə bağlı "təhlükəsiz üçüncü ölkə" olmaq istəmədiklərini vurğulayan Şeynbaum deyib: "Başqa ölkələrin vətəndaşlarının Meksikaya göndərilməsi halında davamlı ünsiyyətdəyik. Meksikalılar olaraq, biz də meksikalılar kimi heç kəsi tərk etmirik".

Şeynbaum, ABŞ-dan deportasiya edilən öz vətəndaşlarını qəbul etdiklərini, lakin digər ölkələrin vətəndaşlarının Meksikaya göndərilməsi üçün təhlükəsiz üçüncü ölkə olmaq istəmədiklərini vurğulayıb.

Seçilən
2
3
sia.az

4Mənbələr