AZ

Ermənistanda oğurluqda şübhəli bilinən polislərə qarşı cinayət işi açılıb

Ermənistanın patrul xidmətinin iki əməkdaşına qarşı cinayət işi açılıb.

7News.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, istintaq tədbirləri aparılır və artıq saxlanılanlar var. İstintaq Komitəsi saxlanılan şəxslərin sayı və törədilən cinayət barədə məlumatı sonradan təqdim edəcəyini vəd edib.

Daha əvvəl KİV-lər bildirmişdi ki, Şirak vilayətində patrul xidmətinin oğurluqda şübhəli bilinən iki əməkdaşı saxlanılıb.
 
 
 

Seçilən
1
3
7news.az

4Mənbələr