ABŞ Prezidenti Donald Tramp 1868-ci ildə ABŞ Konstitusiyasına edilən düzəlişlə qüvvəyə minmiş ölkədə doğulan hər kəsə vətəndaşlıq vermək hüququnu dayandırmağı planlaşdırır.
Lakin Trampın bunu reallaşdırması çətindir.
Dünyanın bəzi ölkələri vətəndaşlığı doğum yolu ilə verir, digərləri isə uşaq həmin ölkədə doğulsa belə, valideynlərin vətəndaş olmasını və ya müəyyən müddət yaşamasını tələb edir.
"Cebheinfo.az" xəbər verir ki, dörd illik fasilədən sonra Ağ Evə qayıdan ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı tez-tez qeyd etdiyi kimi, bu ölkədə doğulan hər kəsə vətəndaşlıq verilməsini dayandırmağı planlaşdırdığını bildirib. Tramp yanvarın 20-də vəzifəyə başlayarkən doğuş vətəndaşlığı anlayışını müəyyən edən sərəncam imzalasa da, detallar hələ dəqiqləşdirilməyib.
Doğumla vətəndaşlıq 1868-ci ildə 14-cü düzəlişlə ABŞ Konstitusiyasına əlavə edilib. O vaxtdan bəri ABŞ-də doğulan bütün şəxslər avtomatik olaraq bu ölkənin vətəndaşı olurlar.
Konstitusiyaya edilən 14-cü düzəlişin birinci cümləsində deyilir:
“Birləşmiş Ştatlarda doğulmuş və ya vətəndaşlıq almış və Birləşmiş Ştatların yurisdiksiyasına tabe olan bütün şəxslər Birləşmiş Ştatların və yaşadıqları ştatın vətəndaşlarıdır”.
Əksər ABŞ hüquq ekspertləri deyirlər ki, Tramp icra sərəncamı ilə konstitusiya müddəasını ləğv edə bilməz. Konstitusiyaya dəyişiklik etmək üçün həm Nümayəndələr Palatasında, həm də Senatda üçdə iki səs çoxluğu, ardınca isə ştatların dörddə üçünün dəstəyi lazımdır.
Doğum yolu ilə vətəndaşlıq hətta valideynləri vətəndaş olmasa belə, həmin ölkənin sərhədləri daxilində doğulan hər bir uşağa, avtomatik olaraq həmin ölkənin vətəndaşı olmaq hüququ verir.
Dünya Əhali İcmalının məlumatlarına görə, hazırda dünyada 33 ölkə "məhdud" doğum hüququ ilə vətəndaşlıq verir, 30-dan çox ölkə isə "məhdud" doğum hüququ verir.
"Məhdudiyyətsiz" doğum hüququna malik olan ölkələr: ABŞ, Antiqua və Barbuda, Argentina, Barbados, Beliz, Boliviya, Braziliya, Çad, Dominika, Ekvador, El Salvador, Fici, Honduras, Qrenada, Qvatemala, Qayana, Kanada, Kosta Rika, Kuba, Yamayka, Lesoto, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Tanzaniya, Trinidad və Tobaqo, Tuvalu, Uruqvay və Venesueladır.
Bu ölkələrlə yanaşı, 30-dan çox ölkə müəyyən şərtlər yerinə yetirildikdə doğum yolu ilə vətəndaşlıq təklif edir.
Fransa, Almaniya, İsveç, İngiltərə, Hollandiya, Lüksemburq kimi ölkələr doğumun həmin ölkədə olub-olmamasından asılı olmayaraq, valideynlərdən birinin öz ölkəsinin vətəndaşı olmasını və ya müəyyən müddət ərzində həmin ölkədə qanuni yaşamasını tələb edə bilər.
“Məhdud” doğum hüququ ilə vətəndaşlıq verən ölkələr: