AZ

İsrail liderlərinin Prezident Donald Trampın ikinci müddətindən böyük gözləntiləri var

Təhlilçilər deyir ki, İsrail rəsmiləri ümid edir ki, onun xarici siyasətə qeyri-ənənəvi yanaşması onlara təhlükəsizlik prioritetlərində istədikləri nəticəni verəcək. Amma Linda Qradstinin Qüdsdən verdiyi məlumata görə, Trampın Səudiyyə Ərəbistanı ilə sülh sazişi imzalamaq çağırışı yəhudi dövləti ilə gərginliyə səbəb ola bilər.

Prezident Trampın Yaxın Şərqdəki münaqişəni idarə etmək üçün fələstinliləri Misir və İordaniyaya göndərməyə dair ən yeni təklifi İsraildə bir çoxlarının xarici siyasətə qeyri-ənənəvi kimi gördükləri bir yanaşmaya işarədir ki, bu, İsrailin əsas düşməni olsn İrana qarşı aqressiv yanaşma kimi görmək istədiyi nəticələrə səbəb ola bilər.

Bir çox israilli, xüsusən də İsrailin baş naziri Benyamin Netanyahunun sağçı hökumətinin tərəfdarları, İsrailin Trampın ilk prezidentlik dövründə olduğu kimi, bu siyasətlərin bir çoxundan faydalanacağını gözləyir.

“Biz inanırıq ki, təkrar birlikdə işləyərək, ABŞ-İsrail ittifaqını daha da böyük yüksəkliklərə qaldıracağıq. Mən əminəm ki, biz İranın terror oxunun məğlubiyyətini tamamlayacağıq və regionumuz üçün yeni sülh və rifah dövrünü başladacağıq,” İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Bəzi israilli analitiklər deyir ki, İsrail Trampın dəstəyi ilə İranın müdafiə sistemlərini və İranın Qəzza və Livandakı proksilərini zəiflətdikdən sonra İranın nüvə proqramını məhv etməyə çalışmağa davam edə bilər.

“İsrailin, bəlkə də, nəhayət İran rejiminin rəhbərliyini və onun nüvə proqramını məhv etmək üçün Tramp administrasiyasının dəstək, əməkdaşlıq və mənəvi aydınlığına ehtiyacı var,” Qüds Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzindən Dan Dayker deyib.

Digər analitiklər deyir ki, onlar Prezident Trampın İsrailin İrana qarşı hərbi əməliyyatını dəstəkləyəcəyindən əmin deyillər.

“O birinci razılığa təkan verməyə çalışacaq - əlbəttə ki, çıxdığı razılıqdan fərqli bir razılıq - amma bu, onun birinci prioriteti olacaq,” İsrail Milli Təhlükəsizlik Şurasının sabiq direktoru Helit Barel deyib.

Prezident Tramp deyir ki, o, İsraillə Səudiyyə Ərəbistanı arasında sülh razılığı hazırlamaqla, bir öncəki administrasiyasının İsraillə ərəb körfəzi ölkələri arasında vasitəçilik etdiyi Abraham Sazişlərini genişləndirmək istəyir.

“O, əsrin razılığını əldə edən insan olmaq istəyir. İsrail Ərəb körfəzi ölkələri ilə münasibətlərini nə qədər çox normallaşdırsa, İran, İŞİD kimi təhlükəsizliyə təhidləri həll etmək üçün nə qədər çox onlarla əməldaşlıq edə bilsə, Amerika bir o qədər az iş görməli olacaq. Ümumilikdə, Trampın nöqteyi-nəzərindən o, Amerikanın daha az iş görməsini istəyir,” Bar İlan Universitetindən Conatan Raynhold deyib.

Səudiyyə Ərəbistanı bildirib ki, İsraillə Səudiyyə Ərərbistanı arasında hər hansı sülh razılığına fələstinli dövlətə doğru irəliləyiş şərt qoşulacaq, amma İsrailin sağçı hökuməti bunu rədd edib.

Bu da Trampla İsrailin liderləri arasında çəkişmə mənbəyi ola bilər.

“O, İordan çayının qərb sahilində bir növ fələstinli qurumla bağlı razılıq istəyəcək və bunu nəhayət İsraillə həll etməyə çalışacaq. Bu onu göstərir ki, İsrail bu məsələdə proaktiv olmalı və bir sıra fərqli alternativlər etməli olacaq,” Qüds Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzindən Dan Dayker deyib.

Prezident Tramp bütün müharibəələrə son qoyulacağını vəd edib və o, İsraildə HƏMAS-la mövcud atəşkəs və girovların azad edilməsinə dair razılaşmaya görə geniş şəkildə təqdir edilib.

Amma Yaxın Şərqdəki münaqişələrə davamlı həll yolları tapmaq ikinci dəfə vəzifəyə gələn ABŞ prezidenti üçün daha da çətin bir problem ola bilər.

visiontv.az



Seçilən
7
50
visiontv.az

10Mənbələr