AZ

Mask Nobel Sülh Mükafatına namizəd irəli sürülüb

Amerikalı sahibkar İlon Mask söz azadlığının və insan haqlarının müdafiəsinə verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd göstərilib. Məlumatı XQ “İzvestiya.ru”ya istinadən verib. 

Təşəbbüs Avropa Parlamentinin Sloveniyadan olan üzvü Branko Qrimsə məxsusdur. “İzvestiya” telekanalı xəbər verir ki , siyasətçi iş adamının namizədliyini Nobel Komitəsinə təqdim edib və müsbət cavab alıb.

Mask keçən il də Nobel Sülh Mükafatına namizəd olub. Bunu norveçli deputat Marius Nilsen təqdim edib. Sonra mükafatı Yaponiyanın “Nihon Hidankyo” Xirosima və Naqasaki partlayışlarından sağ çıxanlar təşkilatı alıb.

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
5
2
xalqqazeti.az

10Mənbələr