AZ

"Qarabağ" Yunanıstana yola düşdü

"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 8-ci turunun "Olimpiakos"la matçı üçün Yunanıstana yola düşüb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisi Pireyə çarter reysi ilə yollanıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bu gün yerli vaxtla saat 19.40-da mətbuat konfransı təşkil olunacaq. Saat 20.00-da isə komanda açıq məşqə çıxacaq.

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.

Seçilən
1
2
football-plus.az

6Mənbələr