Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) 2025-ci il üzrə ilk vətəndaş qəbulu keçirilib.
Teleqraf.com xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qəbulda iştirak edən sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Qəbul zamanı qaldırılan bir sıra məsələlərin araşdırılacağı və Agentliyin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, sahibkarlar KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 131 Çağrı Mərkəzinə, həmçinin www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.