AZ

Suriya Rusiyadan təzminat və keçmiş səhvlərin düzəldilməsini TƏLƏB ETDİ

Suriyanın yeni hökuməti Bəşər Əsəd rejiminin devrilməsindən sonra Kreml nümayəndə heyəti ilə ilk danışıqları zamanı Rusiyadan təzminat tələb edib.

KONKRET.az “Asharq Al Awsat” nəşrinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla aparılan Dəməşq danışıqlarından sonra hazırladığı hesabatda deyilir.

Mənbə qeyd edir ki, söhbət zamanı Rusiyadan təzminat tələb olunub. Həmçinin bildirilib ki, münasibətlərin bərpasında keçmiş səhvlər nəzərə alınmalı və Suriya xalqının iradəsinə hörmət edilməlidir.

Yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələrdə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı məsələlər də müzakirə predmeti olub.

Boqdanov Suriya liderləri ilə Dəməşqdə görüşünü “konstruktiv və müsbət” adlandırıb, Rusiyanın Suriyadakı obyektlərinə toxunulmadığını və hər iki tərəfin dialoqu davam etdirməyə razı olduğunu təsdiqləyib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
2
16
konkret.az

6Mənbələr