AZ

Fərid Hüseynov: Seçici fəallığı kifayət qədər diqqətçəkən səviyyədədir

Bakı, 29 yanvar, AZƏRTAC

"Seçici fəallığı kifayət qədər diqqətçəkən səviyyədədir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Fərid Hüseynov deyib.

Onun sözlərinə görə, indiyədək heç bir qayda pozuntusuna rast gəlinməyib: "Heç bir xoşagəlməz hadisə yaşanmayıb. Səsvermə prosesi demokratik şəkildə davam edir".

Məntəqə üzrə 1458 seçicinin olduğunu söyləyən F. Hüseynov onlardan 200-dən çoxunun səsvermə hüququndan istifadə etdiyini bildirib.

Məntəqə sədri bələdiyyə seçkilərinin Azərbaycan xalqı üçün faydalı olacağına inandığını da diqqətə çatdırıb.

Seçilən
13
32
azertag.az

10Mənbələr