AZ

Nəsimidə səsvermədə şəffaflıq təmin edilib ŞƏRH

Yanvarın 29-da keçirilən Azərbaycan Respublikasında bələdiyyə seçkiləri mövcud olan demokratik ənənələrə uyğun qanunlar əsasında həyata keçirilir. Bu günə qədər respublika ərazisində əhalinin maarifləndirilməsi, düzgün istiqamətləndirilməsi yönümündə aparılan təbliğat-təşviqat işləri öz nəticəsini vermiş oldu. Seçkilərin tam normal, ədalətli şəraitdə keçməsi ölkəmizdə demokratiyanın, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın düşüncə tərzinin formalaşması ilə bağlıdır. Budəfəki bələdiyyə seckilərində də hər bir seçicinin öz seçimini azad, gizli şəkildə ifadə etməsi üçün bütün şərait yaradılmışdır. Ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 min 625 nəfərdir. Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə bu gün saat 08:00-da başlayıb, 19:00-da başa çatacaq. Ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur.

Nəsimi rayon ərazisində mövcud olan dairələrdə hər bir seçici ona təqdim olunan bülletini alaraq, öz seçdiyi və etimad göstərdiyi namizədə səs verirdi. Bu, seçkilərin şəffaf və ədalət prinsipinə uyğun olaraq həyata keçirildiyini təsdiqlədi.

Müşahidəçilərin müşayiəti altında baş tutan bələdiyyə seçkiləri, hər zaman olduğu kimi, bu gün də sakit, əmin-amanlıq, seçki normalarına əməl olunmaqla davam edir. Seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərin şəffaflığına yaradılan təminatdır. Bir necə secki məntəqəsində olduq. Səhərdən başlanan seçki prosesi, demək olar ki, heç bir qanun pozuntusu qeydə alınmadan davam etdirilirdi. Müşahidəçilərin nəzarətində reallaşan seçki olduqca aktiv bir şəkildə keçirdi. Seçici fəallığı hiss olunmaqda idi. Səhər saatlarından başlayaraq, seçicilər məntəqələrə gəlib, öz namizədinə gizli yolla səs verirlər. Bütün proseslər tam nəzarətdə saxlanılırdı. Hər il olduğu kimi, bu dəfə də bələdiyyə seçkiləri müstəqil Azərbaycanın bizə verdiyi dəyərlərə istinadən yüksək bir səviyyədə təşkil olunmuşdur. Səsvermənin gedişini izləyən müşahidəçilər isə prosesin normal və şəffaf keçirildiyini bildirirlər.

Səs vermək üçün seçicilərə normal şərait yaradılıb və vətəndaşlar öz hüquqlarından yararlanırdılar. 23 saylı Nəsimiİ-Səbail secki dairəsinin 32 saylı secki məntəqəsi, 23 saylı Nəsimiİ-Səbail secki dairəsinin 29 saylı secki məntəqəsi, 23 saylı Nəsimiİ-Səbail secki dairəsinin 28 saylı secki məntəqəsi və başqalarında olduq.

Şahidi olduq ki, seçki demokratik prinsiplərə əsaslanır və seçicilərin vətəndaş olaraq seçimində yüksək fəallıq etməsi Azərbaycanın seçicilərini azad seçim hüququnu təsdiqləyən bir faktordur. Hər bir seçicinin barmağı xüsusi cihaz vasitəsilə yoxlandıqdan sonra səsvermə hüququ verilirdi. Bələdiyyə seçkilərinin azad və demokratik şəkildə başa çatdırmaq üçün hər cür şərait və qanunvericilik bazası yaradılmışdı. Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da seçki məntəqələri də müasir texniki avadanlıqlarla təchiz olunub.

Səhər saatlarından başlayaraq, seçicilər məntəqələrə gəlib seçimlərində aktivlik göstərirdilər. Məntəqələrdə oldugumuz zaman deyə bilərik ki, seçici fəallığı ilə rastlaşırıq. İnsanlar üçün bu gün önəmli olan seçkilərdə iştirak etməkdir. Qeyri-iş günü olmasına baxmayaraq, seçicilər çox fəaldırlar və əhvalları yüksəkdir. Seçkilər demokratik ab-havada, şəffaf keçirdi. Seçki hüququndan fəal şəkildə istifadə olunması isə, müsbət qiymətləndirilməli hadisədir.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
16
16
sia.az

10Mənbələr