AZ

Kredit borclarını necə azaltmaq olar?

Ekspert bildirib ki, vətəndaşlar borc limitlərini nəzarət altında saxlamalıdırlar.

Kredit kartları və taksitlə alış-veriş etmək demək olar ki, gündəlik həyatın bir parçasına çevrilib. İstər-istəməz insanların kreditləri, xüsusən də taksitlə ödənişlər bir yığın borca çevrilə bilər. Kart limitləri artırıldıqca insanlar daha çox xərcləyir və bu gələcəkdə borcların yığılmasına səbəb olur.

Operativ Media bu halların qarşısını almaq üçün atıla biləcək bəzi addımları araşdırıb:

- Xərclər üzərində daha çox nəzarət etmək: Kart istifadə etməyi azaltmaq, yalnız vacib şeylər üçün istifadə etmək lazımdır. 

- Minimum ödənişlər etməmək: Kredit kartlarında yalnız minimum ödənişləri etmək borcun daha da böyüməsinə səbəb ola bilər. Mümkün olduqda, borcu tam ödəməyə çalışmaq lazımdır.

- Kredit kartlarını bağlamaq: Bəzi insanlar artıq istifadə etmədikləri kartları bağlamağı seçirlər. Bu, təbii ki, çətin ola bilər, amma borcları azaltmaq üçün yaxşı bir addım ola bilər.

- Birgə borc ödəmə planları: Kreditləriniz çoxdursa, hər birini ayrı-ayrı ödəmək yerinə, daha əlverişli bir borc konsolidasiyası planı düşünə bilərsiniz. Bəzi banklar bu cür xidmətlər təklif edirlər.

- Daha az alış-veriş etmək: Taksitlə alınan şeylər bəzən insanı "həqiqətən ehtiyacım yoxdur" deyə düşündürmədən alış-veriş etməyə təşviq edir. Çalışın hər alış-verişin əvvəlində ehtiyacınızı yaxşı qiymətləndirəsiniz.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfətli öz fikirlərini Operativ Media ilə bölüşüb.

O, bildirib ki, kreditlə yaşamaq və kreditlə alış-veriş etmək bütün dünyada geniş yayılmış bir tendensiyadır:

"Azərbaycanda son illərdə bu praktikaya olan maraq xeyli artıb. Lakin, vətəndaşlar bəzən öz borc limitlərini düzgün nəzarət altında saxlaya bilmirlər. Məsələn, bir bankdan aldıqları kreditlərlə digər banklardakı borclarını bağlamağa çalışırlar. Bu isə borc yükünün artmasına və gələcəkdə ciddi maliyyə çətinlikləri ilə üzləşmələrinə səbəb ola bilər.

Dünyanın bir çox ölkələrində bu problemi önləmək məqsədilə kredit tarixçəsi anlayışı mövcuddur. Kredit tarixçəsi vətəndaşların kredit öhdəlikləri barədə məlumatların banklar tərəfindən izlənməsi və qiymətləndirilməsi prosesidir. Bu mexanizm vətəndaşların problemli krediti olan şəxslərə yeni kreditlər verilməməsini təmin edir. Azərbaycanda da bu anlayışın ilkin elementləri bəzi banklar tərəfindən tətbiq edilsə də, hələ tamamilə geniş yayılmayıb. Bu da deməkdir ki, əgər bu mexanizm daha geniş şəkildə tətbiq olunsa, banklar müştəri haqqında məlumatları bank sirlərini pozmadan bir-birinə paylaşaraq, borc yükü yüksək olan şəxslərə kredit verməkdən imtina edə bilərlər.

Beləliklə, bu təcrübə zamanla daha geniş yayılarsa vətəndaşlara müəyyən məhdudiyyətlər tətbiq oluna bilər ki, bu da onların borc çuxuruna düşməsinin qarşısını alar".

Seçilən
2
21
operativmedia.az

10Mənbələr