AZ

Məntəqə sədri: Səsvermə prosesi hər hansı pozuntuya yol verilmədən davam edir

Səsvermə prosesi hər hansı pozuntuya yol verilmədən davam edir.

Bunu “Report”un Aran bürosuna açıqlamasında 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Pərvanə Kakavan deyib.

Onun sözlərinə görə, səsvermə başlayan andan etibarən, məntəqəyə gələn seçicilər sərbəst şəkildə istədikləri namizədlərə səs verirlər:

“Məntəqə üzrə 993 seçici qeydə alınıb, onlardan 12-si səsvermə hüququndan ilk dəfə istifadə edəcək. Səsvermənin gedişni 7 müşahidəçi izləyir”.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçilən
2
44
report.az

10Mənbələr