Türkiyə ordusu Suriyanın şimalındakı “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində 14 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorçular bu coğrafiyadan yoxa çıxana qədər mübarizəmiz əzm və qətiyyətlə davam edəcək", - deyə vurğulanıb.
Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.
Daşqın HəsənovMissiya.Az