AZ

Köçəryanla Sarqsyan bir-birlərinin qanına susayıb

Bakı. Trend:

"Daxili müxalifət məsələlərinin qaldırılmasının düzgünolmadığını düşünürəm, çünki bu, ümumilikdə heç kimə faydaverməyəcək".

“Ermənistan” fraksiyasının deputatı, Ermənistanın ikinciprezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan "siyasi lider"olmaq fikrinə düşüb. O, ölkə parlamentində jurnalistlərinsuallarını cavablayarkən bildirib ki, "müxalifət daxilindəkiməsələlərin geniş müzakirəsini doğru seçim hesab etmir".

Ona, Robert Köçəryan və Serj Sarqsyanın tərəfdarları arasındagərginlik olub-olmadığı barədə sual veriləndə Levon Köçəryan beləcavab verib: “Kimsənin sözlərini şərh etmək istəmirəm. Xüsusilə dəFacebook-da bəzi şəxslərin bir-biri ilə şifahi mübahisələrəgirdiyini, qarşılıqlı təhqirlər səsləndirdiyini bilirəm. BiriRobert Köçəryanın, digəri isə başqa siyasi komandanın tərəfdarı olabilər. Amma bu, bizim kimisə yönləndirdiyimiz və ya təlimatverdiyimiz anlamına gəlmir. Bizim bu cür təlimatlar verən partiyastrukturlarımız və ya dövriyyələrimiz yoxdur. Sadəcə atama və bizimsiyasi komandaya böyük hörmət bəsləyən şəxslər var ki, müxtəlifməsələlərə dair öz fikirlərini ifadə edirlər. Lakin bu, onlarınmövqeyinin bizim mövqeyimizlə tam üst-üstə düşdüyü mənasınagəlmir.

Jurnalistin “bəs yüksək səviyyədə gərginlik varmı?” sualınaLevon Köçəryan qısa cavab verib: “Xeyr, gərginlik yoxdur”.

Beləliklə, "Köçəryan Cunior" iddia edir ki, sən demə, atası iləSerj Sarqsyanın komandaları arasında heç bir gərginlik yoxdur. Bubəyanat ya misilsiz siyasi sadəlövhlükdür, ya da müxalifdüşərgədəki açıq çatları ört-basdır etmək cəhdidir.

Ermənistanın daxili siyasi arenasında yaşananlar isə ata və oğulKöçəryanların dediklərinin, yumşaq yazsaq, yalan olduğunugöstərir.

Sadə sual: əgər Ermənistanın sabiq prezidentləri Robert Köçəryanvə Serj Sarqsyan arasında gərginlik, hətta düşmənçilik yoxdursa,onlar baş nazir Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqlabağlı vədlərini reallaşdırmaq üçün niyə bir araya gələbilmirlər?

2021-ci il parlament seçkilərindən üç il ötüb, lakin ermənimüxalifəti hələ də vahid platforma yarada bilməyib. Hanı vəd edilənkonsolidasiya? Əgər Köçəryanla Sarqsyan arasında fikir ayrılığıyoxdursa, niyə onların strukturları ayrıca fəaliyyət göstərir?

Xatırladaq ki, 2021-ci ildə Robert Köçəryan açıq şəkildə bəyanetdi ki, Ermənistan Respublikaçılar Partiyası (ERP) ilə əməkdaşlıqetmək niyyətində deyil, çünki "respublikaçıların strategiyası vəkursu köhnəlib, onlar əvvəlki nüfuzla imkanlarını itiriblər".

Ötən il Köçəryanın keçmiş mətbuat katibi Viktor Soqomonyan açıqşəkildə demişdi: “ERP artıq öz missiyasını başa vurub, onun yeritarixdədir - Ermənistanın gələcəyində yox”.
Serj Sarqsyanın lider olduğu Ermənistan RespublikaçılarPartiyasının (ERP) funksionerləri və bu strukturdan parlamentəseçilən deputatlarsa az qala birmənalı, yekdil şəkildə RobertKöçəryanı prezident olduğu illərdəki yarıtmaz fəaliyyətdə,avtoritarlıqda, kompromisləri rədd etməkdə suçlayırlar.

Sabiq ədliyyə naziri David Harutyunyan müsahibələrindən birindəsöyləyib: "Robert Köçəryan əsla vahid müxalifət lideri ola bilməz,çünki bu adam komanda ilə işləməyi sevmir və bacarmır".

Belədirsə, Levon Köçəryanın bəhs etdiyi "qarşılıqlı anlaşma vəuzlaşma" haradadır görəsən?

Robert Köçəryanın oğlu deyəsən, eynən atası kimi, ya riyakarlıqedir, ya da yaşananları anlamır.

“Biz heç kimi yönləndirmirik”,- deyir Levon Köçəryan.

Belədirsə, bəs Robert Köçəryanla Serj Sarqsyan arasındakompromat savaşlarını, siyasi didişmə və boğuşmaları hansımüstəviyə şamil edək?!

Levon Köçəryan atasının və Sarqsyanın tərəfdarları arasındasosial şəbəkələrdə yaşanan qalmaqalları sıravi "şəxslərin fərdifikirləri" kimi təqdim etməyə çalışır. Amma faktlar tam əksinideyir.

Belə ki, Köçəryana yaxın Telegram kanalları sistematik şəkildəSarqsyanı hədəfə alır, onu “korrupsioner hakimiyyətin simvolu” və“2018-ci ilin məğlubiyyətinə görə məsul şəxs” adlandırırlar. Eynizamanda, S.Sarqsyanın keçmiş nazirləri barədə kompromat xarakterlimateriallar sızdırıldı və politoloq Benyamin Matevosyanın sözlərinəgörə, bu ifşaların mənbəyi məhz Köçəryan tərəfdarları idi. Dahasonra isə R.Köçəryanın “Ermənistan” blokunun bir deputatı açıqşəkildə dedi: “Biz Sarqsyan və onun komandasının məğlubiyyətinəgörə məsuliyyət daşımayacağıq, onların uğursuzluqları özproblemidir”.

Əgər bunlar təşkil olunmuş hücumlar deyilsə, bəs nədir? LevonKöçəryan istədiyi qədər təkid edə bilər ki, onun komandası buişlərə qarışmır, amma siyasətdə təsadüflər olmur.

Levon Köçəryan niyə həqiqəti deməkdən çəkinir? O, “daxilimüxalifət məsələlərini qaldırmağın düzgün olmadığını və bunun heçkimə fayda verməyəcəyini” iddia edir.

Reallıqsa bambaşqadır. Ermənistanda müxalifət bu gün zəif vəparçalanmış vəziyyətdədir. Bunun başlıca səbəbi atası ilə SerjSarqsyan arasındakı liderlik savaşıdır. Və əgər Köçəryan vəSarqsyan hətta müxalifətdə olarkən razılığa gələ bilmirlərsə,ölkəni necə idarə etməyi düşünürlər?

Əslən Qarabağdan olan Robert Köçəryanla Serj SarqsyanErmənistanda "karabaxneri" ("qarabağlılar") adlanan klanınliderləridir.

Xatırladaq ki 1998-ci ildə Köçəryan Ermənistan prezidenti oldu,Sarqsyansa onun administrasiyasındakı əsas vəzifələri tutdu.

Di gəl, hakimiyyətdə əbədi müttəfiqlər olmur. Köçəryanın ikinciprezidentlik müddətinin sonuna yaxın aralarında fikir ayrılıqlarıböyüməyə başladı. Suallar formalaşdı: "Varis kim olacaq?", "Hansısiyasi xətt seçilməlidir?"

2008-ci ildə prezident olan Serj Sarqsyan tədricən RobertKöçəryanı siyasətdən uzaqlaşdırdı. Köçəryan 2008-ci ildə Sarqsyanınprezidentliyini dəstəkləyəndə, onu öz siyasətinin davamçısı kimigörürdü. Amma bu, ölkədə xaosun başlanğıcı oldu. 1 mart mitinqlərizamanı baş verən toqquşmalarda 10 nəfər öldü.

Həmin anda Köçəryan tərəddüd etmədən fövqəladə vəziyyət elanetdi, ordu və polis xalqın üzərinə yeridildi. Sarqsyan isə özimicini qorumaq üçün məsuliyyəti boynundan atdı. Bu, onlarınparçalanmasının ilk siqnalı oldu: Köçəryan başa düşdü ki, Sarqsyanhakimiyyətini qorumaq üçün hətta ən yaxın müttəfiqlərindən dəimtina edə bilər.

2015-ci ildə Ermənistan konstitusiyasına edilən dəyişikliklərKöçəryan və Sarqsyan münasibətlərində dönüş nöqtəsi oldu. Sarqsyanölkəni prezident üsul-idarəsindən parlament sisteminə keçirməklə özhakimiyyətini uzatmağa çalışırdı.

Bunu görən Köçəryan açıq şəkildə etiraz etdi: “Sistem dağılır,dövlət institutları zəifləyir, siz isə bir avtoritar idarəetmənidigəri ilə əvəz edirsiniz”. O, Sarqsyanın siyasi gələcəyini təminetmək üçün Ermənistanın siyasi sistemini dəyişdirdiyinianlamışdı.

2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gətirilməsi iləsonuclanan "kabab inqilabı" onların birliyini tamamilə məhv etsədə, şəxsi rəqabətləri sona çatmadı. Həmin ildə Ermənistanda başverənlər hər iki fiqur üçün fəlakət ili oldu. Nikol Paşinyanın“inqilabı” Serj Sarqsyanın hakimiyyətini çökdürdü. Sarqsyanvədlərinə zidd olaraq, baş nazir kürsüsündə qalmağa çalışdı, ammaxalqın üsyanı onu istefaya məcbur etdi.

2021-ci ildə İrəvanda müxalifət hakimiyyətə yiyələnmək üçüntarixi bir fürsət qazandı, lakin daxili münaqişə bu şansı məhvetdi. Robert Köçəryan "Ermənistan" blokunun rəhbəri kimi seçkilərdəəhəmiyyətli səs topladı, lakin müxalifəti bir araya gətirəbilmədi.

Serj Sarqsyansa Respublikaçılar Partiyasının başında Köçəryanıaçıq şəkildə dəstəkləməkdən imtina etdi. Onların şəxsi rəqabətiPaşinyana qarşı vahid cəbhənin yaranmasını mümkünsüz etdi.

Niyə? Çünki onların baxışları, ambisiyaları və ən əsası,bir-birinə qarşı yığılıb qalmış inciklikləri fərqlidir.

Köçəryan isə köhnə rejimi qorumağa çalışdı. O, inqilabı sərttənqid edərək bildirdi ki, hakimiyyət küçə mitinqləri ilə deyil,yalnız seçkilərlə dəyişdirilməlidir. Amma sonda inqilabdan ən çoxzərər çəkən də o oldu - Köçəryan 1 mart hadisələri ilə bağlı“konstitusiya quruluşunu devirməkdə” ittiham edilərək həbsedildi.

Sarqsyan Köçəryanın müdafiəsinə qalxmadı, onu tək buraxdı.Köçəryan inqilabın qurbanına çevrilərkən, Sarqsyan özünü təhlükədənqorumaq üçün səssiz qaldı.

Bu gün Köçəryan və Saqsyan keçmişin iki kölgəsidir. Onlar həttaPaşinyana olan ümumi nifrət fonunda belə birləşə bilmirlər.Müxalifət üçün dağıdıcı olan bu parçalanmanı inkar etmək isə yalnızhakimiyyətin işinə yarayır.

Levon Köçəryan “birlik” tablosu çəkməyə çalışır, amma siyasətdəsözlər yox, hərəkətlər əhəmiyyətlidir. Ermənistan cəmiyyəti aydınşəkildə görür ki, o və atası konsolidasiya əvəzinə, müxalifətin sonşanslarını da məhv edərək pərdəarxası mübarizəni davametdirirlər.

Levon Köçəryan birlik haqqında standart ifadələr səsləndirərkən,atası və Sarqsyan hələ də artıq sahib olmadıqları hakimiyyətibölüşdürməyə çalışırlar.

Hazırda Robert Köçəryan və Serj Sarqsyan Ermənistan müxalifətinərəhbərlik etmək istəyir, lakin heç biri digəri ilə razılığa gələbilmirlər. Sarqsyanın tərəfdarları Köçəryanı avtoritarlıqda vəkomanda işi bacarmamaqda ittiham edirlər. Köçəryan isə Sarqsyanızəif lider kimi görür və onu Ermənistanın süqutuna səbəb olmaqdagünahlandırır. Üstəlik, müxtəlif media və sosial şəbəkə resurslarıvasitəsilə hər iki tərəf bir-birini gözdən salmağa çalışır. Busəbəbdən, Ermənistan müxalifəti güclənmək əvəzinə, hər keçən gündaha da zəifləyir. Əgər Köçəryan və Sarqsyan hakimiyyətə qayıtmaqistəyirlərsə, ilk növbədə düşmən deyil, müttəfiq kimi çıxışetməlidirlər.

Bu gün Köçəryanla Sarqsyan arasındakı uçurum daha dadərinləşib.

Robert Köçəryan radikaldır, Paşinyan hakimiyyətinin dərhaldevrilməsini tələb edir. O, yeni il çıxışında bəyan etmişdi:"Biz dövlətimizin belini düzəldəcəyik və milli ləyaqətimizibərpa edəcəyik".

Serj Sarqsyansa hiyləgər, fəndgir və ehtiyatlıdır. O, “ehtiyatlıolmağın vacibliyindən” danışır, hökumətin “növbəti həyasızyalanlarını” qınayır, lakin konkret bir plan təklif etmir.

Köçəryan sistemi dəyişdirmək istəyir, Sarqsyan isə onunqalıqlarına nəzarət etmək niyyətindədir.
Köçəryan hücuma keçir, Sarqsyan isə gözləyir.

Köçəryan mübarizəyə çağırır, Sarqsyan isə ehtiyatla hərəkətedir.

Məhz bütün bunlardan dolayı, tərəflər arasında hücumlar vəkompromatlar təsadüf deyil, strategiyadır. Köçəryanın komandasıRespublikaçılar Partiyasına qarşı sistemli informasiya müharibəsiaparır, Sarqsyan isə Köçəryandan uzaq durmağa çalışır.

Ermənistan müxalifəti təkcə sosial mediada gedən mübahisələrəgörə zəif deyil. Onun əsas problemi bir-birini qəbul edə bilməyəniki keçmiş prezidentin abdal strategiyaları, idiotik taktikaları vəsiyasi ölü olmaları ilə barışmaq istəməmələridir.

Robert Köçəryan və Serj Sarqsyan arasındakı qarşıdurma təkcəşəxsi konflikt deyil. Bu, Ermənistan siyasi sistemininxəstəliyidir. Dünənki müttəfiqlər bu gün hakimiyyət və şəxsiambisiyalar uğrunda bir-birini məhv etməyə hazırdırlar. Onlarınmübarizəsi təkcə müxalifətə deyil, bütün ölkəyə təsir edir vəErmənistanı keçmişin çıxılmaz dalanına salır.

Onların münasibətlərinin tarixi göstərir ki, şəxsi maraqlarhətta ən güclü siyasi ittifaqları belə məhv edə bilər. Köçəryan vəSarqsyan bir vaxtlar güclü liderlər kimi qəbul olunurdular, ammaindi keçmişin kölgəsinə çevriliblər.

Bu fiqurların heç biri Ermənistan müxalifətini birləşdirməkiqtidarında deyil. Onların bir-biri ilə savaşı ölkədə siyasimüqaviməti iflic edir.

Onlar birlikdə başladılar, lakin ayrılıqda sona çatacaqlar. Birimübarizədə məğlub olacaq, digəri isə siyasi səhnədən silinəcək.

Əslində, belə də olmalıdır...

Seçilən
5
2
az.trend.az

3Mənbələr