Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Suriyada keçirdiyi antiterror əməliyyatı ilə PKK/YPG terror qruplaşmasının məsul şəxslərindən biri - Sözdar Afrin kod adlı Şiraz Öməri öldürüb.
Korrespondent.az Türkiyə mediasına istinadən bildirir ki, o, MİT-in Suriyada Rumeylan-Malikiye yolunda reallaşdırdığı nöqtə əməliyyatı nəticəsində öldürülüb.
Məlumata görə, Şiraz Ömər qruplaşamaya 2012-ci ildə qatılıb. O, terror dəstəsinin Suriyadakı “Rojava katibliyində” fəaliyyətə başlayıb.
MİT-in hədəf siyahısında yer alan Ş.Ömər bir müddət İraqın Kandil dağındakı terror düşərgəsində fəaliyyət göstərdikdən sonra Suriyaya göndərilib. O, Suriyanın Ayn-əl-Ərəb, Haseke və Malikiye bölgələrinin “məsulu” kimi fəaliyyət göstərib. Ömərə son zamanlar qruplaşmanın maliyyə məsələləri üzrə “vəzifə" verilmişdi.