AZ

Cənub zonasında də seçici aktivliyi müşahidə olunur

Ölkənin cənub zonasında da seçici aktivliyi müşahidə olunur.

Prosesin başladığı ilk saatlardan etibarən, səsvermə seçici aktivliyi şəraitində davam edir.

Cənub zonasını əhatə edən 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 76 saylı Lənkəran-Masallı, 77 saylı Lənkəran şəhər, 78 saylı Lənkəran kənd, 79 saylı Astara və 80 saylı Lerik-Astara dairə seçki komissiyalarına daxil olan 511 seçki məntəqəsində səsvermə prosesi nəzərdə tutulan vaxtda başlayıb.

Həmin dairələr üzrə ümumilikdə 339 min 446 seçici qeydiyyatdadır. Seçicilər arasında ən yaşlı vətəndaş 112 yaşlı Yardımlı rayon sakini Gülbəyim Kəlbi qızı Rəhmanovadır. O, yaşadığı Bozayran bələdiyyəsində, 51 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edə biləcək. Zona üzrə 1000-ə yaxın seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Səsvermə prosesini izləmək üçün zona üzrə 6 min 30 müşahidəçi qeydiyyatdan keçib. 65 seçki məntəqəsində veb-kameralar qurulub.

Cənub bölgəsində 55 bələdiyyə üzrə ümumilikdə 671 yer uğrunda 1537 namizəd mübarizə aparır.

Seçilən
1
1
aznews.az

2Mənbələr