AZ

Azərbaycan və Özbəkistan arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

Bakı. Trend:

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalardarəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfliəsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarınınelektronlaşdırılmasını da əhatə edir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü NəqliyyatAgentliyindən məlumat verilib.

Türkiyədən sonra Özbəkistanla da ikitərəfli yükdaşımalarda“e-Permit” – elektron icazənin tətbiqi ilə yükdaşımaları yerinəyetirilib. Özbəkistanın daşıyıcı şirkətinə məxsus yük avtomobiliyanvarın 27-də Azərbaycana çatıb. Yanvarın 14-də isə Azərbaycanaməxsus nəqliyyat vasitəsi elektron icazə ilə Özbəkistanayükdaşımanı uğurla həyata keçirib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumatverilib.

Bildirilib ki, “İcazə” blanklarının mübadiləsi və verilməsinintam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edəcək,yükdaşımaların təşkilinin səmərəliliyini artıracaq və icazələrinalınmasında vaxta qənaət etmək imkanı yaradacaq. Reallaşdırılanlayihə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyatakeçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildəmübadiləsi və verilməsini nəzərdə tutur.

Qeyd edək ki, beynəlxalq yükdaşımalarda elektronlaşma vərəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davametdirilir.

Məqalədə:
Seçilən
1
5
az.trend.az

5Mənbələr