AZ

Azərbaycan şəhəri silkələnir: türklər təhqir edildi... - Video

Türkiyə millisinin keçmiş futbolçusu, ölkədə bir neçə klubda məşqçi olaraq çalışmış İsmayıl Qartalın İranın “Persepolis” klubuna baş məşqçi təyin edilməsi ətrafında qalmaqal davam edir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, təyinat gerçəkləşdikdən sonra “Persepolis” Təbrizin “Traktor” klubu ilə qarşılaşıb. Qarşılaşma 2:0 güney təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Lakin “Persepolis”in İranda ən irqçi klub olaraq tanındığı, illərdir türkləri təhqir etdiyi ortaya çıxıb. Son oyunda da klub tərəfdarları güneylilərin, ümumilikdə türklərin ünvanına yüksək səslə təhqirlər səsləndiriblər. Hətta matçdan sonra da futbolçuların eyni addımı atdığı bildirilir. Oyundan sonra azarkeşlər arasında şiddətli qarşıdurmanın yaşandığı, bir neçə nəfərin yaralandığı deyilir. Xəsarət alanların əksəriyyəti isə güneylilərdir.

Bunun fonunda Türkiyə mediası qalibiyyəti (2:0) İsmayıl Qartalın böyük uğuru kimi təqdim edib. “Traktor”la oyundan sonra “Qartalın klubu İranın məğlubedilməzini yendi” başlıqlı məqalələr yazılıb, televiziya proqramlarında sujetlər hazırlanıb. Qartalın ünvanına təbriklər səsləndirilib. Bu məsələ Güney Azərbaycan və “Traktor” fanatları arasında ciddi narazılıqla qarşılanıb. Bir türkün digər türkləri illərdir təhqir edən irqçi kluba baş məşqçilik təklifini təbul etməsinin doğru olmadığı bildirilir.

“Persepoli” futbolçuları və azarkeşləri Qartalın təyinatını da fürsət bilərək güneyliləri aşağılamağa cəhd ediblər. Onlar türk baş məşqçinin qatqısı ilə elə türk təmsilçisini məğlub etdiklərini bildiriblər. İ.Qartalın baş verənlərə susması onun baş verənləri dəstəkləməsi kimi dəyərləndirilib.

“Traktor” klubu rəsmi bəyanat yayaraq “Persepolis”in irqçiliyi və güneyliləri aşağılama cəhdləri səbəbilə ölkənin Futbol Federasiyasına şikayət ünvanlayacağını qeyd edib. Əgər İranda aidiyyəti orqanlar tədbir görməsə, güney təmsilçisi bu dəfə FİFA-ya şikayət ünvanlayacağını açıqlayıb.

Seçilən
18
axar.az

1Mənbələr