AZ

KİV: ABŞ LNG istehsal gücünü üç dəfə artıra bilər

KİV: ABŞ LNG istehsal gücünü üç dəfə artıra bilər

ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən enerji investisiya planlarının həyata keçirilməsi 2030-cu ilə qədər Amerikanın mayeləşdirilmiş təbii qaz (LNG) hasil etmək və ixrac etmək qabiliyyətini üç dəfə artıra bilər. AFN.az-ın xəbərinə görə, "Nikkei" Yaponiya Enerji İqtisadiyyatı İnstitutunun hesablamalarına istinadən yazır ki, nəticədə bu məhsulun bazarındakı vəziyyət beş ildən sonra kökündən dəyişə bilər.Nəşr xatırladır ki, Tramp ABŞ-ın əvvəlki administrasiyasının LNG istehsalı üçün yeni icazələrin verilməsinə qoyduğu məhdudiyyətləri ləğv edib. Ölkənin əvvəlki administrasiyasının mövqeyinə görə 2024-cü ildə bu sahədə bir dənə də olsun yeni layihə qeydə alınmayıb. Eyni zamanda, 2023-cü ildə ABŞ Avstraliyanı keçərək dünyanın ən böyük LNG ixracatçısı olub. 2024-cü ildə ABŞ qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün 20%-ni təşkil edib.Yaponiya Enerji İqtisadiyyatı İnstitutunun hesablamalarına görə, böyük investisiya layihələri həyata keçirilərsə, ABŞ-da illik LNG istehsalı 123 milyon ton arta bilər. 2030-cu ilə qədər 2024-cü il səviyyəsi ilə müqayisədə ən azı 1,9 dəfə, ən çoxu isə 3 dəfə artım mümkündür. "Bu, tarixdə dünyada LNG istehsalında ən böyük artım olacaq" - deyə qəzet institutun eksperti Hiroşi Haşimotoya istinadən yazır. Nəticədə, Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu resursun qiymətləri Aİ ölkələrində və Yaponiyada demək olar ki, yarıya enə bilər.

Seçilən
3
afn.az

1Mənbələr