Bakının Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində təsərrüfat məqsədilə istifadə olunan su kanalında böyük təmizlik işləri aparılıb.
Oxu.Az xəbər verir ki, qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.
Xatırladaq ki, son zamanlar zibilxanaya çevrilmiş su kanalının ətraf sakinlərin ciddi narahatlığına səbəb olması barədə ötən gün məlumat vermişdik.
Əzizə İsmayılova
Mənbə: oxu.az