AZ

“Qarabağ” və “Neftçi” bu futbolçu ilə MARAQLANIR

“Araz-Naxçıvan”ın heyətində möhtəşəm mövsüm keçirən İqor Riberyro yayda kollektivi tərk edə bilər.

Bizim.Media xəbər verir ki, hazırda Premyer Liqanın ən bacarıqlı mərkəz müdafiəçilərindən sayılan 28 yaşlı braziliyalı futbolçu ilə iki köklü klub yaxından maraqlanır.

Bunlar “Qarabağ” və “Neftçi”dir. Müdafiəçinin Naxçıvan təmsilçisi ilə sözləşməsinin müddətinin iyunda başa çatması adıçəkilən klubları hərəkətə keçməyə məcbur edib.

“Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazansa, klub rəhbərliyi ona daha artıq maliyyə şərti ilə yeni müqavilə təklif edəcək. Belədə, İqor “Araz-Naxçıvan”, “Qarabağ” və “Neftçi” arasında seçim edəcək. Azərbaycanda qalmaq istəməyib, başqa ölkədən olan təklifləri dəyərləndirmək fikrinə düşməsi ehtimalı da yox deyil.

Qeyd edək ki, 2023-cü ilin yayından “qırmızı-ağlar”ın şərəfini qoruyan İqor Premyer Liqada və ölkə kubokunda meydana çıxdığı 48 qarşılaşmada 1 qol vurub.

Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr