AZ

ABŞ-dən danışıqlarla bağlı heç bir məlumat almamışıq - Pezeşkian

Ä°ran danışıqlarla bağlı ABŞ-dən hələ ki heç bir məlumat almayıb.

Adalet.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Ä°ran Prezidenti Məsud Pezeşkian bildirib.

Məlumata görə, jurnalistin “ABŞ Ä°slam Respublikasına hər hansı məlumatı göndərib” sualına cavabında prezident deyib: “Xeyir, biz hələ heç bir məlumat almamışıq”.

Bu günlərdə Ä°ranın xarici işlər naziri Abbas Ərakçi “Sky News”a müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Trampı sövdələşmə bağlanması üzrə danışıqlara başlamağa hazırdır.

Xatırladaq ki, 2015-ci ilin yayında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çinlə Ä°ran arasında Tehranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. ABŞ-nin 2016-cı ilin yazında bu müqavilədən çıxması ilə proses dayanıb.

Son zamanlar Ä°ran yeni razılaşma müqaviləsi imzalamaq istədiyinin bəyan edib.

Seçilən
3
17
adalet.az

10Mənbələr