AZ

Altı türk ölkəsinin filminin Şuşa çəkilişləri bu tarixdə başlanacaq

"Molla Nəsrəddin - çətin günlərin dostu" filminin Qırğızıstan çəkilişləri başa çatıb.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında filmin prodüseri Zaur Darabzadə deyib.

O qeyd edib ki, ekran əsərinin Qırğızıstanda çəkilişləri payızın əvvəlində start götürüb: “Artıq oradakı çəkilişləri tam yekunlaşdırmışıq. Növbəti çəkilişlərimiz fevral ayının axırında Qazaxıstanda, ardınca Özbəkistan və Türkiyədə gerçəkləşəcək. Azərbaycandakı çəkilişlər isə may ayında Şuşada olacaq”.

Qeyd edək ki, türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin haqqında bədii filmin çəkilməsi ilə bağlı qərar TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşada keçirilən 40-cı iclasında qəbul olunub.

Seçilən
7
publika.az

1Mənbələr