Rusiyanın xalq artisti Filipp Kirkorov və keçmiş həyat yoldaşı Alla Puqaçovanın müğənni qızı Kristina Orbakayte Nyu-Yorkda yəhudi toyunda çıxış ediblər.
Kult.az Olay.az-a istinadən xəbər verir ki, Kirkorov qonaqlar üçün Azərbaycan və ivrit dillərində mahnılar ifa edib.
O, gecədə xalq artisti Eyyub Yaqubovun “Kim bilir” mahnısını oxuyub.
Nyu-Yorkun ən böyük şadlıq evlərindən biri olan Da Mikele İllagioda pop ulduzları ilə dəbdəbəli şənlik baş tutub.