Bakı. Trend:
2023-cü ilin eyni dövrü ilə müqayisədə 2024-cü il ərzindəNaxçıvan Muxtar Respublikanın ərazisindən tranzit hərəkət edənnəqliyyat vasitələrinin sayı 25 min 135 ədəd və ya 19 faizartıb.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bunu İdarənin rəismüavini Rəşad Bayramov 2024-cü il ərzində görülmüş işlər və cariildə qarşıda duran vəzifələrlə bağlı tədbirdə deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrükİdarəsi tərəfindən 2024-cü il ərzində qeydə alınan idxaləməliyyatlarının həcmi 115 milyon, ixrac əməliyyatlarının həcmi isə10,6 milyon ABŞ dolları dəyərində olub.
R. Bayramov qeyd edib ki, baş idarə tərəfindən ötən il ərzindəarxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə107,4 milyon manat məbləğində gömrük ödənişləri toplanılıb ki, buda 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 milyon manat və ya3,6 faiz çoxdur.
İdarə rəsinin sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının2024-cü ilin büdcəsi haqqında” Qanunu ilə təsdiq edilmiş “Xaricidövlətlərdə qeydiyyatda olan avtоnəqliyyat vasitələri sahibləritərəfindən ödənilən yоl vergisi” üzrə dürüstləşmədən sonra müəyyənolunmuş 12,0 milyon manat proqnoza qarşı 22,2 milyon manat, yəni 85faiz artıq olmaqla muxtar respublikanın büdcəsinə köçürülüb.
“2024-cü il ərzində muxtar respublikaya tranzit giriş edənnəqliyyat vasitələrinin sayı 158 min 332 ədəd, tranzit çıxış edənnəqliyyat vasitələrinin sayı 157 min 618 ədəd, ölkəyə giriş edənnəqliyyat vasitələrinin sayı 94 min 632 ədəd, ölkədən çıxış edənnəqliyyat vasitələrinin sayı isə 95 min 311 ədəd olub. 2023-cü ilineyni dövrü ilə müqayisədə 2024-cü il ərzində muxtar respublikanınərazisindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayı 25min 135 ədəd və ya 19 faiz artıb”, - deyə o vurğulayıb.