Dünən Pusan hava limanından Honq-Konqa gedəcək "Air Busan" təyyarəsinin havaya qalxmazdan əvvəl quyruq hissəsində yanğın baş verib.
News24.az Yonhap-a istinadən xəbər verir ki, səlahiyyətlilər yanğında yaralananların sayının 7-yə yüksəldiyini açıqlayıb.
Xəsarət alanlardan 4-nün tüstüdən təsirlənən personal, digər 3-nün isə bel ağrılarından şikayətçi sərnişinlər olduğu bildirilib.
Digər tərəfdən, Cənubi Koreyanın prezidenti kimi fəaliyyət göstərən baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok səlahiyyətlilərə insidentin araşdırılması üçün göstəriş verib.
Eyni zamanda, yanğınsöndürmə rəsmiləri bildiriblər ki, yanğın nəticəsində təyyarədə olan 169 sərnişin və 7 işçi təxliyə edilib.
Günel Məlikzadə