AZ

İndiyədək hər hansısa qanun pozuntusu halına rast gəlinməyib – Məntəqə sədri

Bakı. Trend:

Səhər saatlarından etibarən seçici fəallığı müşahidə olunur.

Bunu Trend-ə16 saylı Yasamal İkinci Seçki Dairəsinin 20 saylı məntəqəsininsədri Münəvvər Yusubova deyib.

Onun sözlərinə görə, məntəqə üzrə indiyədək 160 nəfər özsəsvermə hüququndan istifadə edib: “1 363 nəfər məntəqəqeydiyyatındadır. Hazırda 160 nəfər öz səsvermə hüququndan istiafəedib. Yəni, səhər saatlarından etibarən seçici fəallığı müşahidəolunur. İndiyədək hər hansısa bir qanun pozuntusu halına rastgəlinməyib”.

“Məntəqədə səsvermə üçün hər bir şərait yaradılıb .Məntəqə sədrivə üzvləri kimi öz üzərimizə düşən bütün öhdəlikləri layiqincəyerinə yetirmişik. Bu gün seçicilərimizin günüdür. İndiyədək seçiciaktivliyi müşahidə olunur. Güman edirəm ki, seçicilər layiqlinaimzədlərini seçəcəklər”, - deyə o qeyd edib.

Qeyd edək ki, saat 12:00-a olan məlumata əsasən, bələdiyyəseçkilərində 1 020 231 seçici səsvermə hüququndan istifadə edib.Seçici fəallığı 17,11 faiz olub.

Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkilərikeçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səsvermə prosesi saat 19:00-dək davam edəcək.

Seçilən
11
az.trend.az

1Mənbələr