Türkiyədə xizək kurortundakı hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı 28 nəfər saxlanılıb.
“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentində çıxışı zamanı bildirib.
"Vətəndaşlarımızın bu çətin günlərdə tək olmadıqlarını hiss etmələri üçün lazım olan hər şeyi etdik və edirik. Faciəni hərtərəfli araşdırmaq və günahkarları məhkəmə qarşısında cavab vermələri üçün lazımi araşdırmaların başlanmasını təmin etdik. Birinci mərhələdə doqquz nəfər saxlanılıb. İfadələr verildikdən sonra saxlanılanların sayı 28-ə çatıb. Onlardan hotel sahibi və işlər müdiri də daxil olmaqla 19 nəfər həbs edilib. Yeddi nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib", - o qeyd edib.
Ərdoğanın sözlərinə görə, hotelin rəhbərliyi risklərə hazır olmayıb, yanğın risklərini nəzərə almayıb və əvvəlcədən hazırlaşmayıb.