AZ

Türkiyədəki otel yanğınına görə 28 nəfər saxlanılıb

Türkiyənin Bolu şəhərinin dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğınla bağlı 28 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentinin yanvarın 29-da keçirilən iclasında bildirib.

“Saxlanılanların sayı 28-ə çatıb. 19 nəfər artıq həbs edilib, 7 nəfər məhkəmə nəzarəti altındadır”, - Ərdoğan deyib.

Prezident əlavə edib ki, faciə ilə bağlı araşdırma 8 mütəxəssisdən ibarət qrup tərəfindən aparılır.

Seçilən
11
22
modern.az

10Mənbələr