AZ

Separatçıların komandiri 44 günlük müharibəyə görə axtarışa verildi

"Dağlıq Qarabağ Müdafiə Ordusu"nun 18-ci Piyada Diviziyasının keçmiş komandiri Karen Arstamyan Ermənistanda axtarışa verilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Yüksək rütbəli hərbçi müharibə zamanı vəzifəsinə etinasızlıqda ittiham olunur. 

Cinayət işi 44 günlük müharibənin epizodları ilə bağlıdır. Arstamyanın komandanlığı altında olan diviziya cənub istiqamətində fəaliyyət göstərirdi.

Müharibə zamanı diviziyanın bölmələrindən biri mühasirəyə alınıb və böyük itkilər verib.

Ağarza Elçinoğlu

Seçilən
22
50
unikal.az

10Mənbələr