ABŞ Prezidenti Donald Trampın müvafiq fərmanından sonra Vaşinqton Ukraynaya hərbi və iqtisadi dəstəyi dayandırıb.
Missiya.Az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) ABŞ Konqresindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, fərman iqtisadi dəstəyin dayandırılmasına da təsir edib, lakin hazırda Kiyevə büdcə yardımı davam edir.
Xatırladaq ki, yanvarın 21-də Tramp bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandırılması barədə fərman imzalayıb.
Elcan
Missiya.Az