Yaponiyada uşaq intiharları 2024-cü ildə rekord həddə çatıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, keçən il ölkədə 527 uşaq intihar nəticəsində həyatını itirib.
Yaponiyada öz həyatına son qoyanların ümumi sayı 2023-cü ildən 1569 nəfər azalaraq 20 min 268-ə düşüb ki, bu da rekordların başladığı 1978-ci ildən bəri ikinci ən aşağı göstəricidir.
İntiharların səbəbləri ən çox sağlamlıq problemləri ilə bağlı olub.
Hər 100 min nəfərə düşən intiharların sayı əvvəlki illə müqayisədə 1,3 azalaraq 16,3 nəfər təşkil edib.