AZ

İslamda cümə axşamı və 40 mərasimi yoxdur - Şeyxin müavini

Füzuli rayonunda vəfat edən mərhumların yas mərasimlərinə daxil olan cümə axşamlarının ləğv edilməsi bu məsələyə dair müzakirə yaradıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclasında da yas mərasimindəki bəzi addımlardan danışılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Modern.az-a yas mərasimlərilə bağlı mövzudan danışıb. 

O bildirib ki, İslamda ilk gündən ölü üçün 3 gün yas saxlanılıb.

Müsahibimizin sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası yas mərasimilərinin sadələşdirilmiş formada və israfsız keçirilməsi ilə bağlı fətva verib.

“İslamın ilk günlərindən ölü üçün 3 gün yas saxlanılıb. Cümə axşamları, 40 kimi mərasimləri zamanla bağlı formalaşdırmışıq. Nə zamansa bəlkə də cümə axşamlarına ehtiyac varmış. Çünki biz 70 il sovetlər dövlətinin tərkibində yaşamışıq. Allahdan, Qurandan bizi kənarda saxlayıblar, öz dinimizlə maraqlanmağa qoymayıblar. Cümə axşamları dindarlığın saxalanılması, dinimizin təbliği üçün vasitə olub. Yəni din adamları heç olmasa yas mərasimlərində Allahın ayələrini çatdırmağa çalışıblar. Ola bilsin ki, o zaman cümə axşamlarına ehtiyac vardı. Amma indi şükür Allaha, elm inkişaf edib, İlhaiyyat İnstitutumuz, alimlərimiz var. Sosial şəbəkələrdə hər kəs dinfən danışa bilər. Hamı dini məlumatları sürətli formada əldə edə bilir. Onun üçün də artıq cümə axşamları mərasimləri ixtisara salınsa, daha yaxşı olar. Dinimiz də bunu bəyənir ki, 3 gün yas olsun”.

QMİ sədrinin müavini vurğulayıb ki, təkcə yasdakı deyil, toydakı israfdan da danışılmasına ehtiyac var:

"Bu gün onun tərəfdarıyıq ki, bəzi israfdankənar məclislərimizin İslama uyğun keçirilməsi, islami qaydalara uyğun təşkil olunması vacibdir. Allahdan arzumuz cəmiyyətdə olan müəyyən iqtisadi nöqteyi-nəzərdən israfçılıq olmamasıdır. Dinimizin gözəlliyi ondadır ki, zamanla ayaqlaşa bilir. İşlərimizi Quranın bizə buyurduğu kimi  etməliyik. Nəinki yas mərasimləri, bu elə bizim toylarımıza da aiddir. Orada daha çox israfçılıq var. Bir nəfər xanəndəyə 15 min manat verib toya gətirirlər. Valideyn övladının xoşbəxtliyi üçün nə qədər xərc çəkir. Allah bütün gənclərimizi xoşbəxt eləsin! Amma toylarda bu qədər israfa niyə yol verilməlidir? Bundan danışılsa, nə gözəl olar. Sırf yasdan tutub danışırlar. Bəli, yas mərasimlərində israfçılıq var. Amma toyda da israfçılıq baş alıb gedir. Niyə bundan danışan azdır? Biz QMi olaraq israfçılıq əleyhinəyik. Hər şey ixtisarlaşmıış formada olsun. Amma dini dəyərlərimizə toxunmamaq şərtilə. Dinimizin əsas ehkamlarına riayət edilməlidir".


Seçilən
4
3
news24.az

10Mənbələr