AZ

28 ildən bir baş verən HADİSƏ: Fevral ayındakı qeyri-adiliyin MİSTİK MƏNASI – FOTO

Qarşıdakı fevral ayında 4 bazar günü, 4 bazar ertəsi, 4 çərşənbə axşamı, 4 çərşənbə, 4 cümə axşamı, 4 cümə və 4 şənbə olacaq. Sosial mediada bu barədə paylaşımlarda iddia olunur ki, bu hadisə 823 ildə ilk dəfə baş verir.

Xüsusilə vurğulanır ki, enerji ili sayılan 2025-ci ilin fevral ayında günlərin bu cür düzülüşünün xüsusi əlaməti var. Bu əlamətləri müsbətə və mənfiyə yozanlar var.

Bəs, əslində necədir? Qeyd edilən əlamətlərin xüsusi əhəmiyyəti var, yoxsa sıradan günlərdir? Astroloji baxımdan burada qeyri-adi nə isə varmı?

28 ildən bir baş verən HADİSƏ: <span style=color:red>Fevral ayındakı qeyri-adiliyin MİSTİK MƏNASI - FOTO

Metafizika və Feng Şui üzrə qrand-master, astroloq Məryəm Teymur 2025-ci ilin fevral ayı barədə Medianews.az-a danışıb. Bildirib ki, 2025-ci ilin fevral ayının 4 bazar günü, 4 bazar ertəsi, 4 çərşənbə axşamı, 4 çərşənbə, 4 cümə axşamı, 4 cümə və 4 şənbə günü ehtiva etməsinin son 823 ildə ilk dəfə baş verdiyi iddiası tam dəqiq deyil: “Bu hadisə hər dəfə fevral ayının 1-i bazar gününə düşən və 29 gündən ibarət olan bir sıçrayış ilində (visokos il) baş verir. Sonuncu dəfə bu, 1992-ci ildə olub, növbəti dəfə isə 2053-cü ildə olacaq. Buna görə də bu təqvim hadisəsi o qədər də nadir deyil. Günlərin bu ardıcıllığının xüsusi bir mənasına gəlincə, astronomiya və təqvim sistemləri baxımından, ay ərzində günlərin düzülüşü yalnız iki faktordan asılıdır. Birincisi, həmin ayın neçə gün davam etməsi, ikincisi, həmin ayın hansı gün başlaması. 2025-ci il sıçrayış ilidir, fevral 29 gündən ibarətdir və bazar günü başlayır. Bu, tamamilə riyazi bir hadisədir və mistik mənası yoxdur”.

28 ildən bir baş verən HADİSƏ: <span style=color:red>Fevral ayındakı qeyri-adiliyin MİSTİK MƏNASI - FOTO

M.Teymur 2025-ci ilin fevral ayına astroloji baxışını da ifadə edib: “Astroloji baxımdan, fevral 2025-ci il müəyyən xüsusiyyətlərə malikdir. Dolça bürcündə Yeni Ay (29 yanvar) – dəyişikliklər və qeyri-adi qərarlar üçün güclü enerjini açır. Şir bürcündə Tam Ay (12 fevral) – emosional yüksəliş, liderlik və özünü ifadə etmə dövrüdür. Saturn və Neptunun Qoç bürcünə keçidi (mart 2025) – bu ay kollektiv şüurda böyük dəyişikliklərə hazırlıq dövrü olacaq, çünki bu yavaş planetlər yeni bürcə keçməyə hazırlaşır. Lakin fevral ayında günlərin bu şəkildə düzülüşünün astroloji baxımdan xüsusi bir mənası yoxdur. Bu dövrdə əsas rol oynayan planetlərin mövqeyi və astroloji aspektlərdir. 2025-ci ilin fevral ayında 4 dəfə təkrarlanan həftə günləri təqvim qaydaları ilə izah olunur və bu, hər 28 ildən bir baş verən təbii bir hadisədir. Astroloji baxımdan bu ay mühüm ola bilər, lakin bunun səbəbi günlərin düzülüşü deyil, planetlərin mövqeyi və onların yaratdığı enerjidir”.

Nailə QASIMOVA

Seçilən
2
50
medianews.az

10Mənbələr