AZ

"Trampın əmrləri ABŞ ordusunda xaos yaradıb" - KİV

ABŞ prezidenti Donald Trampın imzaladığı bir sıra sərəncamlar Amerika ordusunun rəhbərliyində çaşqınlıq yaradıb.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

"Yüksək məmurlar Trampın müxtəliflik, bərabərlik və inklüzivlik haqqında sərəncamını səhv şərh etdilər və yeni silah müqavilələrinə hərbi dondurma tətbiq etdilər. Çərşənbə axşamı Pentaqon fasilə vermək planının olmadığını açıqladı", - KİV yazıb. 

Aydınlaşdırılır ki, yeni administrasiyanın qərarları ilə əlaqədar ordunun Baş Qərargah rəisi general-leytenant Laura Potter satınalma şöbəsinin rəisinə müxtəliflik, bərabərlik, inklüzivliklə bağlı müqavilələr üzrə müraciətlərə baxılmasını dayandırmağı əmr edib.

"Ordu rəsmiləri bu qərardan şoka düşdülər və buna görə dərhal bütün müqavilələri, o cümlədən silah müqavilələrini dayandırdılar", - nəşr əlavə edib. 

Seçilən
4
50
unikal.az

10Mənbələr